
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Ukrayna tərəfi Belarus ilə olan bütün proses və kontaktlara pauza verib.
“Bizim hazırda Belarus tərəfi ilə bütün proseslərimiz, bütün təmaslarımıza pauza verilib. Mən rəsmi şəkildə bunu bəyan edə bilərəm”, – deyə o bildirib.
Kuleba əlavə edib ki, Kiyev Belarusdakı vəziyyətin gedişatını izləyir.
Onun sözlərinə görə, Kiyev Minsklə münasibətlərin “Ukrayna üçün nüfuzi, əxlaqi, etik itkilər daşımayacağına əmin olduqda” Belarusla rabitə bərpa ediləcək.






























