
“Oktyabrın 1-dən V-IX siniflərin mərhələlərlə məktəbə əyani şəkildə gəlməsini planlaşdırırıq. Vəziyyətdən asılı olaraq həftədə 2 və ya 3 dəfə dərs olacaq ”.
Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycan Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı bildirib.
“Ölkə üzrə əlavə olaraq 737 min şagirddən söhbət gedir. Bakı şəhəri üzrə bu rəqəm 286 minə bəraqbərdir. Artıq hər şey yaxşı gedərsə və epidemioji vəziyyət imkan verərsə, oktyabrın 1-nə 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla hissə-hissə məktəbə qaytarmağı düşünürük”, – nazir qeyd edib.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, hər şeyin yaxşı gedəyəcəyi təqdirdə, 15 oktyabrdan 10 və 11-ci siniflərin məktəblərə qayıtması mümkün olacaq.
























