
Az.shafaqna.com Rusiyanın “1-ci kanalına” istinadən xəbər verir ki, Gürcüstan sabiq prezident Mixail Saakaşviliin geri dönməklə bağlı qərarını şərh edib.
Belə ki, Gürcüstan ədliyyə naziri Tea Tsulukiani deyib ki, ölkə rəhbərliyi eks-prezidentin bu qərarından məmnundur.
“Düz sərhəddə onu tutulma prosesi və əlbəttə ki, Gürcüstan həbsxanası gözləyir”, – deyə o bildirib.
Nazir qeyd edib ki, Saakaşviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb, onun özü isə axtarışdadır.
Xatırladaq ki, Saakaşvili Gürcüstana geri qayıtmaq niyyətində olduğunu elan edib.






























