
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Tbilisi Avtobus Tranzit Dəhlizinin təqdimatında nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verərkən bildirib ki, bələdiyyənin əsas məqsədi nəqliyyat siyasəti yürütmək və ilk növbədə də, ictimai nəqliyyata olan tələbatı artırmaqdır.
Onun sözlərinə görə, vətəndaşların rahat və tez hərəkət edə bilmələri üçün paytaxtda daha çox avtobus zolağının olması mühümdür.
Bununla yanaşı, Kaladze deyib ki, şəhər hər kəsə məxsusdur və bələdiyyə şəxsi avtomobil sürücüləri ilə yanaşı, avtobuslar, velosipedlər və digər nəqliyyat vasitələrindən istifadə edən piyadaların da maraqlarını nəzərə almalıdır.
“Müvafiq olaraq da, yol məkanı bərabər bölüşdürülməlidir. Əgər 2012-ci ilədək Tbilisidə 180 minə yaxın şəxsi avtomobil hərəkət edirdisə, hazırda 600 mindən çoxdur və bu rəqəm artmaqdadır. Əgər bu tendensiya qalarsa, bu, böyük problem olacaq. İstəyirəm ki, biz bu islahatı başladaraq sona çatdıraq. Ola bilsin ki, biz hər küçəni Çavçavadze prospekti kimi düzəldə bilmədik, amma addımbaddım bizim bütün layihələrə münasibətimiz eyni olacaq. Biz bu dövrəni tamamlamaq üçün avtobus zolaqları təşkil edəcəyik”.





























