azedu.az

Bu gün Azərbaycanda yeni təhsil ilinin başlaması ilə bağlı brifinq keçirilir.

Təhsil naziri Emin Əmrullayev bu haqda çıxış edib.

Nazir məktəblərin açılmasından danışaraq “Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədris oktyabrın 1-də həftədə iki dəfə başlaması planlaşdırılır”, – deyə bildirib.

Az.shafaqna.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur”, – nazir vurğulayıb.

Təhsil naziri qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq.

Nazir sonra deyib: “Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq.

X-XI siniflər üçün əyani dərs oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər”. Təhsil naziri uşaq bağçalarının 15 sentyabrdan açılması ilə bağlı təkliflərin olduğunu da önə çəkib.