Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, 1 956 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, bu günə qədər isə ümumilikdə 898 492 test icra olunub.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.08 faizi sağalıb. Yoluxanlardan 5.46 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  35 844 nəfərin 1.46 faizi (524 nəfər) dünyasını dəyişib.