Az.shafaqna.com “Rossiya 1”-ə istinadən xəbər verir ki, ekstremist elementlər müəyyən sərhədləri keçməyincə, Belarusda Rusiya qüvvələrindən istifadə edilməyəcək.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin səsləndirib.

O deyib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun xahişi ilə zərurət halında ölkəyə kömək üçün hüquq-mühafizə orqanları əməkdaşlarının ehtiyatını yaradıb.

Lakin biz həmçinin razılaşdıq ki, nəzarət vəziyyətdən çıxmayınca, ekstremist elementlər siyasi şüarlar altında gizlənərək müəyyən sərhədləri keçməyincə, quldurluğa başlamayınca, ondan (ehtiyatdan) istifadə edilməyəcək”, – deyə Putin bildirib.

Xatırladaq ki, Belarusda 9 avqustda keçirilmiş prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları davam edir.