
Az.shafaqna.com “Qazeta.uz”-a istinadən xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyayev 26 avqustda koronavirus pandemiyasının mənfi təsirlərinin yumşaldılmasına yönəlmiş “əhalinin sosial dəstəyi ilə bağlı əlavə tədbirlərə dair” qərar qəbul edib.
Qeyd edilir ki, məlum qərar “Yaxşılıq və dəstək” ümumxalq hərəkətı çərçivəsində başladılmış işlərin davamı olacaq və bu, ehtiyaclı ailələrdən olan uşaqların qış paltarları, məktəb formaları və tədris ləvazimatları ilə təmin edilməsinə yönəlib.
Sənədə əsasən, sentyabr ayında aşağıdakı kateqoriyaya daxil əhaliyə birdəfəlik maddi yardım göstəriləcək.
– ailə başçısını itirdiyinə görə təqaüd və ya müavinət alan ailələrdən olan 16 yaşa çatmamış uşaqlar;
– 16 yaşına çatmamış əlilliyi olan uşaqlar;
– maddi yardım və dəstəyə ehtiyacı olan ailələr siyahısına daxil edilmiş ailələrdən olan 16 yaşına çatmamış uşaqlar.
Birdəfəlik maddi yardım hər bir uşaq üçün 500 min sum (83 AZN) təşkil edəcək.
Maddi yardım 810 mindən çox uşaq üçün nəzərdə tutulub və proqram çərçivəsində 400 milyard sumdan (66400640 AZN) çox pul sərf ediləcək.






























