Az.shafaqna.com “1Prime”-ya istinadən xəbər verir ki, Rusiya Milli Maliyyə Araşdırmaları Agentliyinin “Rəqəmsal vətəndaş” platformasının mütəxəssisi Vladimir Qritsenko smartfonların ekranlarının ziyanı barədə danışıb.

Belə ki, OLED-ekranların istifadəsi zamanı 10% insanlarda başağrısı, yorğunluq və gözlərdə quruluq əmələ gəlir. Bu, onunla bağlıdır ki, bu cür ekranlardakı parlaqlıq həmişə 100%-likdir, onu azaltdıqda isə ekran hiss edilmədən sayrışmağa başlayır.

Ekspert belə olan hallarda ekran parlaqlığını xeyli azaltmamağı məsləhət görür. Problemi həmçinin “DC Dimming” və ya “Ağ nöqtəsinin azaldılması” funksiyaları da həll edə bilər.

Qritseko qeyd edib ki, xoşagəlməz simptomlar zamanı üstünlüyü sayrışmayan IPS-ekranlara vermək lazımdır.