
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, bəzi ABŞ-lı siyasətçilər ölkələrindəki prezident seçkilərinin ərəfəsində süni surətdə Pekin və Vaşinqton arasında hərbi insident törətmək istəyirlər.
Bunu Çin Müdafiə Nazirliyinin rəsmisi baş polkovnik U Tsyan bəyan edib.
“Bəzi amerikalı siyasətçilər öz maraqlarına xatir seçkilər ərəfəsində Çin və ABŞ silahlı qüvvələri arasındakı münasibətləri korlamaq və hətta süni surətdə insident və ya hərbi münaqişə törətmək niyyətindədir”, – deyə o bildirib.
Xatırladaq ki, 25 avqustda Çin ABŞ-a məxsus təyyarənin hərbi təlimlər zamanı Çinin hava məkanını pozduğuna görə Vaşinqtona etirazını bildirib.
Qeyd edək ki, Çin ABŞ-a xəbərdarlıq etmək məqsədi ilə 26 avqustda Cənubi-Çin dənizi istiqamətində 2 ballistik raket buraxıb.






























