
Az.shafaqna.com İraq mediasına istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri ölkənin şimalında İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyat keçiriblər.
Neynəva əyalətinin Qayara və Şora rayonlarının ətrafındakı gizlənən azı 13 İŞİD-çi məhv edilib.
İraq ordusunun rəsmisi İsmayıl Məhləvi bildirib ki, həmçinin 23 terrorçu da əsir götürülüb.
Onun sözlərinə görə, qarşıdan gələn günlərdə də oxşar əməliyyatlar keçiriləcək.






























