
Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovun diplomatik missiyası bitməsilə bağlı görüşüb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi “Twitter” səhifəsində məlumat dərc olunub.
Salome Zurabişvili Dursun Həsənova Gürcüstan və Azərbaycan xalqları arasında sıx ikitərəfli əlaqələrin dərinləşdirilməsindəki xidmətlərinə görə təşəkkürünü bildirib.
Prezident Azərbaycan diplomatına uğurlar arzu edib.
Held a farewell meeting with H.E. Dursun Hasanov, Ambassador of Azerbaijan to Georgia. Mr. Ambassador, thank you for your years of service in deepening the close bilateral relations between our two nations. Good luck in your future endeavors! 🇬🇪 🇦🇿 pic.twitter.com/p0PB1hOIC6
— Salome Zourabichvili (@Zourabichvili_S) August 27, 2020






























