
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Yaponiyanın Milli Onkologiya Araşdırma Mərkəzinin nəzdindəki Cəmiyyət və Sağlamlığın Araşdırılması Mərkəzinin başçısı Seitiro Tsuqane yaponiyalıların uzunömürlülük səbəbləri barədə danışıb.
O qeyd edib ki, bunun sirri ölkə sakinlərinin qida rasionundadır.
Onun sözlərinə görə, yaponiyalılar çoxlu balıq yeməklə yanaşı, çoxlu bitki tərkibli yeməklər yeyirlər. Üstəlik onların menyusunda şirin içkilər, demək olar ki, yoxdur.
Alim bildirib ki, bu bəndlərin hər biri bir sıra ciddi xəstəlik risklərinin azalmasına təsir edir.
Tsuqane əlavə edib ki, turşu halına salınmış paxlalılar sinə nahiyyəsinin, prostat vəzisi onkologiyasının yaranması riskini azaldır, həmçinin ürək-damar xəstəliklərinin inkişafına mane olur.






























