
Az.shafaqna.com “Rossiyskaya Qazeta”-ya istinadən xəbər verir ki, dünyadakı smartfon satışları ikinci kvartalda, ötən ilin analoji dövrü ilə müqayisədə, 20,4% aşağı düşüb.
Buna “Gartner” analitik şirkətinin araşdırması dəlalət edir.
Qeyd edilir ki, satışın azalması 5 aparıcı smartfon istehsalçısında qeydə alınıb. Məsələn, Cənubi Koreyanın “Samsung” şirkətinin satışları 27,4% azalıb. Bu göstərici Çinin “Xiaomi” şirkətində 21,5%, OPPO şirkətində isə 15,9% təşkil edib.
Öz növbəsində, “Apple”-nin satışları isə cəmi 0,4% aşağı düşüb.
Bununla belə, “Samsung” bazarı lideri qalmağa davam edib. Şirkət təxminən 55 milyon cihaz sata bilib. 2-ci yer “Huawei”-yə məxsusdur – 54 milyon cihaz. “Apple” isə 38 milyon smartfon sata bilib. “Xiaomi” və OPPO, müvafiq olaraq, 26 və 23 milyon cihaz sata bilib.
Araşdırma müəllifləri bildirib ki, dünyada ümumilikdə 295 milyon smartfon satılıb.






























