Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya işgüzar səfərində bu ölkənin daxili işlər naziri Horst Seehofer ilə görüşüb.
Çavuşoğlu “Twitter”də etdiyi paylaşmada “Danışıqlarımızda alman qonaqlarımıza Türkiyəyə sağlam və etibarlı səfərlərini, Almaniya üçün də təhdid olan PKK və FETÖ terror təşkilatları ilə birgə mübarizə, nizamsız miqrasiya, irqçi hücumlar da daxil olmaqla Almaniyadakı Türk icmasına qarşı hərəkətlər ətrafında söhbətimiz oldu” qeyd edib.cavushoglu-


Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Berlində Almaniyanın xarici işlər naziri Hayko Maas ilə də görüşü olub.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin