
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 11 nəfərdə koronavirus aşkarlanıb, 40 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1447-ə çatıb, onlardan 1190 xəstə sağalıb, 19 xəstə ölüb. Karantin rejimində 6010 nəfər var.






























