
Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, Covid-19 virusuna yoluxandan sonra qoxu və ya dadbilmə qabiliyyətini itirənlərin demək olar ki, 90 faizində bu funksiyalar bir ay ərzində yaxşılaşıb və ya bərpa olub, araşdırmada deyilir.
İtaliyada keçirilmiş araşdırma xəstələrin 49 faizinin qoxu və dadbilmə qabiliyyətinin tam bərpa olunduğunu, 40 faizində isə, yaxşılaşma müşahidə olunduğu bildirilir.
Cəmi 10 faiz xəstədə simptomlar eyni qalıb və ya pisləşib.
Pandemiyanın geniş miqyasını nəzərə alaraq, mütəxəssislər yüz minlərlə insanın uzunmüddətli problemlərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edir.
Şəxsin qoxu və ya dadbilmə qabiliyyətində dəyişiklik və ya onun itirilməsi koronavirusun əsas simptomlarından biri kimi qəbul edilir.
























