Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn bü günәdәk 14 min 842 Türkiyә vәtәndaşlarının tәxliyә edildiyini bildirib.

Az.shafaqna.com xəbər verir ki, bu barәdә Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Mövlud Çavuşoğlu paylaşımında deyib: ‘‘ Ukraynanın Kiyev, Lviv vә Çernivtsi,Xarkov, Poltova, Bila, Tserkva vә Konotop şәhәrlәrindәn  tәxliyә edilәn 172 nәfәrlә tәxliyә edilәn Türkiyә vәtәndaşlarının sayı 14 min 842 nәfәrә çatıb. Yolunuz açıq olsun!”.