Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, avstraliyalı müsəlmanların çoxdanınkı arzusu gerçəkləşib.

Belə ki, Melburn şəhərinin ən yeni və ən böyük məscidi uzun müddət davam edən ianə toplanışı və inşa prosesindən sonra möminlərin istifadəsinə verilib.

Sözügedən ibadətgah şəhərin işgüzar rayonundan təqribən 25 km qərbdə yerləşir.

Verribi İslam Mərkəzinin prezidenti Rifai Rəhim bildirib ki, hər kəs sevinir.

Bu layihə 2008-ci ildə start götürüb… Bu, mənim həyatımdakı olan bütün nailiyyətlərin ən yaxşısıdır“, – deyə o qeyd edib.

8,5 milyon dollar dəyərindəki məscid tam şəkildə icma ianələrinin hesabına maliyyələşib.

Açılış zamanı müsəlman icmasının lideləri bəyan ediblər ki, islami məbədin qapıları cəmiyyətin bütün təbəqələrindən olan insanlar və dinindən asılı olmayaraq, hər kəs üçün açıq olacaq.

Bundan başqa, qeyd edilib ki, kompleksdə tədbirlər, konsultasiyalar keçiriləcək, tədris prosesi təşkil ediləcək, uşaqlar üçün oyun meydançaları olacaq.

Əvvəlki məqaləAzərbaycanın Baş naziri: “Prezident hökumət qarşısında yeni vəzifələr qoyub”
Növbəti məqalədəAzərbaycan BƏƏ ilə bir sıra sənədlər imzalayıb