
Azərbaycanda bu gün koronavirus infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, 1 904 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 791, bu günə qədər isə ümumilikdə 892 070 test icra olunub.

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.21 faizi sağalıb. Yoluxanlardan 5.33 faiz aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 35 559 nəfərin 1.46 faizi (523 nəfər) dünyasını dəyişib.






























