
Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, artıq 2 mindən çox Gürcüstan vətəndaşı işləmək üçün Türkiyəyə giriş icazəsi alıb.
Bu barədə Acarıstan Muxtar Respublikasının başçısı Tornike Rijvadze məlumat verib.
O qeyd edib ki, hökumət müvafiq dəvəti alan vətəndaşların daha az bürokratik baryerdən keçərək işə başlaya bilmələri üçün intensiv şəkildə işləyir.
İşləmək üçün Türkiyəyə getmək istəyənlər Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən yaradılan xüsusi saytda, həmçinin moh.gov.ge/ka/749/ saytında qeydiyyatdan keçməlidir.
Ərizəni artıq Türkiyədə qeydiyyatdan keçmiş və gürcü dilində notarial surətdə təsdiq edilmiş fiziki və ya hüquqi şəxs tərəfindən dəvət alan şəxslər doldurmalıdır.
Ərizələrini xüsusi yaradılmış işçi qrupu gözdən keçirir. Müraciətlərin 7 iş günü ərzində gözdən keçirilmə qərarının olmasına baxmayaraq, Türkiyəyə getmək istəyənlər 48 saat içərisində cavab alırlar.
Acarıstan İşədüzəltmə Agentliyi qeydiyyat prosesində vətəndaşlara pulsuz xidmət göstərir. Ətraflı məlumat üçün visit.hrajara.gov.ge/nebartva saytına daxil ola və ya 1505, (0422) 24 78 82, (0422) 24 78 83 nömrələri ilə saxlaya bilərsiniz.
Xatırladaq ki, Gürcüstan hökuməti 4 avqustdan Türkiyədə işləmək istəyənlər 3 ay müddətinə icazə verib. Bunun üçün xüsusi anketi doldurmaq lazımdır.






























