
Az.shafaqna.com xəbər verir ki, avqustun 23-də saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılıb. Qurgen Alaverdyan videomüraciət yayıb.
Videomüraciət Azərbaycan DTX-nın rəsmi youtube səhifəsi tərəfindən yayılıb.
























