
Az.shafaqna.com “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyası (RLDP) lideri Vladimir Jirinovski Rusiya Silahlı Qüvvələrinə daha çox qadın götürməyi və qadın batalyonlarını yenidən yaratmağı təklif edib.
Onun sözlərinə görə, Rusiya ordusunda qadınların olması düşməni qorxuya salacaq.
Siyasətçi xatırladıb ki, Çar ordusunda da bu cür batalyonlar olub, həmin qadınlar döyüş zamanı inadla alman və avstriyalı əsgərləri hürküdüb qaçırdırdılar.
Jirinovski həmçinin əlavə edib ki, düşmən rusiyalı qadın əsgərləri görən kimi, atəş açmaqdan tam imtina edəcək və onların “hamısı qaçıb dağılışacaqlar – polyaklar da, litvalılar da, digər NATO əsgərləri də”.






























