Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi Məkkə və Mədinənin müqəddəs məscidlərində zəvvarların vaksinasiya ilə bağlı yoxlanışını ləğv edib.

Buna səbəb isə krallıqda koronavirusla mübarizə üzrə məhdudiyyətlərin yumşaldılmasıdır.

Həmçinin müqəddəs məkanlara giriş üçün PZR-test nəticəsinin təqdim edilməsi tələbi də ləğv edilib.

Bundan başqa, Məscidül-Həram və Məscidün-Nəbi məscidlərində ibadət etmək üçün öncədən icazə almaq zərurəti də aradan qaldırılıb.

Ümrə üçün icazənin alınması ilə bağlı peyvəndə dair məlumatların icbari qeydiyyatı da ləğv edilib.

Xatırladaq ki, bu həftə ölkədə pandemiya ilə mübarizə üzrə məhdudiyyətlərin böyük hissəsi ləğv edilib. Artıq məscidlərdə, o cümlədən də yuxarıda adıçəkilən iki müqəddəs ibadətgahda sosial məsafə tələbi qüvvədən düşüb. Həmçinin krallığa gələn şəxslərdən PZR-test və karantin tələbi də ləğv edilib.

Əvvəlki məqaləAzərbaycanda sənaye istehsalı artıb
Növbəti məqalədəAzərbaycanda illik inflyasiya azalıb