Az.shafaqna.com xəbər verir ki, Azərbaycan və Rusiya XİN başçıları Ceyhun Bayramov və Sergey Lavrov birgə mətbuat konfransı keçiriblər.

Rusiya Dağlıq-Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT TŞ-ın daimi üzvü və regionun böyük dövlətidir. Bu planda, biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin yoluna qoyulmasında daha aktiv roluna xüsusi ümid bəsləyirik”, – deyə azərbaycanlı nazir bildirib.

Bayramov qeyd edib ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə, ilk növbədə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.

Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına əsaslanmalıdır. Hesab edirik ki, beynəlxalq ictimaiyyət, həmçinin həmsədr ölkələr substantiv danışıqların davam etdirilməsi nöqteyi-nəzərindən Ermənistanın daha konstruktiv mövqe tutması üçün ona təsir göstərməlidirlər”, – deyə Bayramov əlavə edib.

Bundan başqa, Azərbaycan XİN başçısı deyib ki, “təəssüf hissi ilə qeyd etməliyəm ki, münaqişənin yoluna qoyulmasında irəliləyiş görünmür. Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal altında saxlamağa davam edir”.

Bayramov bildirib ki, öz vətənindən qovulan azərbaycanlıların evlərinə xaricdən, xüsusilə də Yaxın Şərqdən gətirilən ermənilər yerləşdirilir.

Bu, öz növbəsində, beynəlxalq humanitar hüququn, ilk növbədə də Cenevrə Konvensiyasının kobud pozulmasıdır”, – deyə azərbaycanlı nazir vurğulayıb.

Rusiyalı nazir isə, öz növbəsində, bildirib ki, azərbaycanlı həmkarı ilə birlikdə Dağlıq-Qarabağ münaqişəsinin yoluna qoyulması ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

Lavrov qeyd edib ki, Rusiya sözügedən münaqişənin həll istiqamətindəki səylərini həm milli formatda, həm də ATƏT-in Minsk qrupunn həmsədr ölkələri çərçivəsində davam etdirəcək.