GeekWire File Photo

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, dünyanın ən varlı insanı – “Amazon” şirkətinin başçısı Ceff Bezosun sərvəti 200 milyard dolları keçib və o, bu rəqəmi keçən ilk insan olub.

Bu barədə “Forbes” məlumat yayıb.

Üstəlik qeyd edilir ki, o, bu yerdə özünü möhkəmlədə bilməyib və bu gün, reytinqin məlumatlarına əsasən, onun sərvəsi 199,7 milyard dollar olaraq qiymətləndirilib. Bununla belə, hətta bu rəqəm də Bezos üçün yeni rekorddur – iyul ayının əvvəlindən bu göstərici dayanmadan artır. Belə ki, iyulda onun sərvəti 172 milyard dollar idi.

Bu vəziyyət “Amazon” səhmlərinin dəyərinin artmasının fonunda müşahidə edilir – dünənin nəticələrinə əsasən, səhmin dəyəri 1,18% artaraq 1 səhm üçün 3345,49 dollar təşkil edib, şirkətin kapitallaşması isə 1,68 trilyon dollaradək yüksəlib.

Qeyd edilir ki, “Amazon” səhmlərinin 11,1%-i Bezosa aiddir və o, 2017-ci ildən dünyanın ən varlı insanları siyahısının lideridir.