
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Ümumdünya Bankı rüşvətxorluq və pul ilə ələ alma səviyyəsinin ən aşağı olduğu ölkələrin siyahısını hazırlayıb.
Gürcüstan Maliyyə Nazirliyi bildirib ki, Gürcüstan bu siyahıda ilk 10-luğa daxil olub.
Bildirilir ki, araşdırma şəxsi sektorun və nəticə etibarı ilə də ümumilikdə iqtisadiyyatın inkişaf və yüksəlişində mühüm rol oynayan iş mühitinin bir çox aspektlərinə fokuslanıb.
Araşdırma hər 4 ildən bir keçirilir. Araşdırmanın məqsədi biznes-mühitinin dəyərləndirilməsidir. Sonuncu dəfə bu sorğu Gürcüstanda 2019-cu ilin mart ayından 2020-ci ilin yanvar ayınadək keçirilib. Bu dövr ərzində 581 şirkət sahibi və yüksəkvəzifəli menecer sorğuda iştirak edib.
Müəssisələrin Tədqiqi (ES) dünyanın bütün coğrafi regionlarını və yüzminlərlə kiçik, orta və iri şəxsi şirkəti əhatə edir.
Rüşvətxorluqdan azad olma nöqteyi nəzərindən Gürcüstan dünyada son dərəcə ən yaxşı qiyməti alıb. Xüsusilə də, Gürcüstan 144 ölkə arasında 10-luğa daxil olub.
Bildirilir ki, qlobal miqyasda korrupsiyanın mövcudluğu biznes-mühitinə təsir edən ən mənfi şəraitlərdən biridir. Qeyd etmək lazımdır ki, sorğuya əsasən, Gürcüstanda təcrübədə azı 1 dəfə rüşvət tələb edilən şəxsi sektor obyektlərinin sayı cəmi 1,3% təşkil edir. Bu göstərici Avropa və Mərkəzi Asiya ölkələrində 10%, yüksək gəlirin olduğu ölkələrdə isə 12% təşkil edir.
Qeyd edilir ki, rüşvətin və pul ilə ələ almanın azalması nöqteyi nəzərindən Gürcüstanda son illər ərzində müsbət tendensiya müşahidə edilir.






























