Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Rusiya Qazaxıstana “Sputnik V” koronavirus əleyhinə vaksinin 2 milyondan artıq dozasını tədarük edəcək.

Bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitriyev məlumat verib.

Bundan başqa, tədarük həcminin 5 milyon dozayadək artırılmasının müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, daha öncə məlum oldu ki, Rusiya və Qazaxıstan sınaqların bitməsindən sonra vaksinin zəmanətli həcminin tədarükünə dair saziş bağlayıblar.

Xatırladaq ki, Rusiya koronavirus əleyhinə vaksin hazırlayan ilk ölkədir.