Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, rəsmi Kiyevin ölkəyə xarici muzdluları dəvət edərək beynəlmiləl legion təşkil etmək qərarı Ukraynanı “böyük Avropa İdlibinə” çevirə bilər.
Bu barədə Suriyanın Moskvadakı səfiri Riyad Həddad bildirib.
“Yaxınlaşmaqda olan bu təhlükə barədə bilmək lazımdır. (Bu təhdid) Ukraynanı böyük Avropa İdlibinə çevirməyə can atır“, – deyə o qeyd edib.
Suriya rəsmi vurğulayıb ki, bu, Rusiya, Avropa və hətta qlobal təhlükəsizik üçün təhlükə mənbəyidir.
Onun sözlərinə görə, Ukrayna Qərbin dəstəyi ilə etdiyi bu cür addımları ilə terrorçuların Avropaya keçməsinə imkan verir və onlara hərəkət azadlığı təqdim edir.
Həddad deyib ki, əllərində NATO silahı olan həmin qüvvələr Qərb ölkələrinin siyasi maraqlarının təmin edilməsi üçün istifadə edilirlər, “onlar isə bu cür praktikaların sülh və insan sivilizasiyasına qarşı saçdığı təhlükəni hələ də anlamaq halında deyillər“.
