Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya uşaq bağçaları, məktəblər, kinoteatrlar və teatrların açılma tarixləri ilə bağlı məlumat verib.

Biz COVID-19 ilə mübarizədə məntiqli yanaşma ilə hərəkət edəcəyik və mərhələli şəkildə (bunları) açacağıq: uşaq bağçaları və teatrlar 1 oktyabrdan, məktəblər və kinoteatrları 15 sentyabrdan”, – deyə o bildirib.

Baş nazir qeyd edib ki, Mestiya və Lenceridəki karantin məhdudiyyətləri isə 2 sentyabrdan götürüləcək.

Xatırladaq ki, cari ilin 21 mart tarixindən 21 aprel tarixinədək Gürcüstanın bütün ərazilərində fövqəladə vəziyyət elan edilmişdi.