Bernd Hildebrandt/Pixabay

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, alimlər Qrenlandiya qalxanının sürətli əriməsini müşahidə edirlər və bu proses 90% ehtimalla bərpa olunmazdır.

Bunu Rusiya Hidrometeoroloji Elmi Araşdırma Mərkəzinin elmi rəhbəri Roman Vilfand bildirib.

Qrenlandiya qalxanı adlı bir anlayış var və bax, o, bütünlüklə əriyir… Mütəxəssislər keçən ilki hesablamalara əsaslanaraq ərimə həcminin artmasını proqnozlaşdırırlar. Nəticə birmənalıdır – buzlaqların əriməsi 90%-lik ehtimalla bərpa olunmaz xarakter ala bilər”, – deyə o qeyd edib.

Vilfandın sözlərinə görə, ötən il Qrenlandiya səthinin təxminən 90%-i buzlaqların əriməsinə məruz qalıb, baxmayaraq ki, bu göstərici adətən təxminən 30% təşkil edirdi.

Sinoptik deyib ki, bu prosesin sayəsində Dünya okeanının səviyyəsi hər il 1 mm artır və 100 il ərzində 1 metrdən də artıq arta bilər.

Vilfanq bildirib ki, 2060-2070-ci illər üçün buzların geri qaytarılmaz şəkildə azalması Şima Buzlu okeanının yay dövründə tam əriməsinə səbəb ola bilər.