
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov bəyan edib ki, Rusiya Silahlı Qüvvələrindəki “dedovşina” və “kazarma xuliqanlığı” anlayışları tam şəkildə aradan qaldırılıb.
O qeyd edib ki, bu, orduda nizamnamə intizamı sahəsində atılmış düzgün seçilmiş addımlar sayəsində mümkün olub.
Kartapolovun sözlərinə görə, bu cür dəyişikliklər çağırış keyfiyyətinə və rusiyalıların Silahlı Qüvvələr sıralarında məcburi hərbi xidmətə yollanmaq istəyinə təsir edib.






























