Gerd Altmann/Pixabay

Az.shafaqna.com RBK-a istinadən xəbər verir ki, dələduzların sizin konfidensial (məxfi) məlumatlarınız və şifrələrinizi öz firıldaqlarında istifadə edə bilməməsi üçün həmin məlumatlarla bağlı SMS-bildirişləri qadjetlərdə saxlamamaq lazımdır.

Bu barədə Rusiyanın “Sinerji” universitetinin IT institutunun direktoru Stanislav Kosaryov danışıb.

Hesabdan silinmə əməliyyatlarının təsdiqi üçün bank tərəfindən göndərilən bütün şifrələri vaxtında silmək lazımdır.

Həmçinin şəxsi kabinetə giriş üçün linklərin olduğu SMS-lərdən də qurtulmaq məsləhət görülür.

Telefonda hansı SMS-lərdə saytlardan şirfələrin olduğunu da yada salıb silmək lazımdır. Bundan başqa, qadjetə “1,2,3,4,5” kimi asan şifrə qoymamaq lazımdır.

Telefonu hər zaman blok halında saxlamaq lazımdır, hətta əgər siz həmkarınızla söhbət edərkən cihaz sadəcə masanın üzərində durarsa belə.