
Az.shafaqna.com xəbər verir ki, “Barselona”-nın hücumçusu Lionel Messi Luis Suareslə dostluğa görə klubu tərk etmək qərarına gəlib.
Bu iddianı “El Mundo Deportivo” səsləndirib.
Mənbənin məlumatına görə, məhz Messinin Suareslə sıx münasibətləri səbəb oldu ki, Messi “Barsa”-dan müqaviləni birtərəfli qaydada pozmağı xahiş edib. Məsələ burasındadır ki, kataloniyalıların baş məşqçisi Ronald Kuman və klub rəhbərliyi daha Suaresə bel bağlamır və ona xəbər veriblər ki, o, klubu tərk etməli olacaq.
Qeyd edilir ki, “Baraviya”-nın Çempionlar Liqasındakı məğlubiyyətindən sonra iki dost bir yerdə vaxt keçirib və bir-birilərini dəstəkləyiblər.
Bundan başqa, jurnalist Marselo Bexler öz “Twitter” hesabında iddia edir ki, 33 yaşlı Messi “Barsa”-nın köhnə rəhbəri Hosep Qvardiolanın başçılıq etdiyi “Mançester Yunayted”-ə keçmək qərarı qəbul edib.






























