© Global Look Press

Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, İndoneziya sahillərində Yava və Sumatra adalarının arasındakı akvatoriyada 5,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasından məlumat verilib.

Mütəxəssislər qeyd ediblər ki, intensivliyinə görə bu yeraltı təkanı “olduqca güclülər” dərəcəsinə aid etmək olar.

Zəlzələnin episentri Bəndər-Lampunq şəhərindən 166 km cənub-qərbdə yerləşib.

Dağıntılar, qurbanlar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.