Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 7 nəfərdə koronavirus aşkarlanıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı  1436-ə çatıb, onlardan 1150 xəstə sağalıb, 19 xəstə ölüb.  Karantin rejimində 6018 nəfər var, 249 nəfər həkim nəzarətindədir.