
Türkiyә Amerika Birlәşmiş Ştatlarının Hәmas rəsmilərinin Rәcәb Tayyib Әrdoğan tәrәfindәn qәbul edilmәsi ilә bağlı bәyanatına cavab verib.
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda bu ifadәlәra yer verilib: ‘‘ABŞ Dövlәt Departamenti prezidentimizin Hәmas rəsmilərinin qәbul etmәsi ilә bağlı bәyanat yayıb. Bu bәyanatı rәdd edirik. Qәzzada keçirilәn demokratik seçki yolu ilә iqtidara gәlәn Hәmasın qanuni tәmsilçisinin ABŞ tәrәfindәn terrorçu adlandırılması bölgәdәki sülh vә sabitliyin tәmin edilmәsinә töhfә vermәyәcәk”.
Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatlarının Dövlәt Departamenti Türkiyə prezidenti Rәcәb Tayyib Әrdoğanın keçәn hәftә Hәmasın nümayәndә heyәtini qәbul etmәsini tәnqid etmişdi.






























