Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, sinoptiklər sabahdan, yəni 26 avqustda Gürcüstanda günəşli və açıq havanın olacağını deyirlər.

27-28 avqustda ölkənin bəzi rayonlarında yağış yağa bilər. Hava temperaturu aşağı yerlərdə 27-32 dərəcə təşkil edəcək.

29-31 avqustda isə əsasən açıq yağıntısız hava gözlənilir. Hava 29-34 dərəcəyədək qızacaq. Tbilisidə də isti və açıq hava gözlənilir. Havanın temperaturu 25-28 avqustda 29-31 dərəcə təşkil edəcək, 29-31 avqustda isə 31-33 dərəcəyə qədər artacaq.