materinstvo.ru

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi və İnsanların rifahı üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məktəbli üçün bel çantasının seçilməsi barədə məsləhət verib.

Qeyd edilir ki, aşağı sinif şagirdi üçün olan boş bel çantasının çəkisi 700 qramdan artıq olmamalıdır, orta və yuxarı sinif şagirdləri üçün isə bu rəqəm 1 kiloqramdan artıq olmamalıdır.

İçərisində dərsliklər və qələmdan olan çanta çəkicə bu göstəricidən artıq olmamalıdır: 1-2-ci sinif şagirdləri üçün – 1,5 kq, 3-4-cü sinif şagirdləri üçün – 2 kq, 5-6-cı sinif şagirdləri üçün – 2,5 kq, 7-8-ci sinif şagirdləri üçün – 3,5 kq və 9-11-ci sinif şagirdləri üçün – 4 kq.

Həmçinin möhkəm parçadan, su keçirməyən örtüyü və bel hissəsi formaya dayanıqlı olan portfellər seçilməlidir.

Bundan başqa, çantada işıq əksetdirən haşiyələr olmalıdır.