Ren TV

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Moskvadakı məktəblərdən birinə hücumu müzakirə edən 6-cı sinif şagirdləri yetkinlik yaşına çatmayanların işu üzrə komissiyanın qeydiyyatına salınıblar.

Bu barədə Rusiya paytaxtının uşaq hüquqları səlahiyyətlisi Olqa Yaroslavskaya məlumat verib.

Uşaqlar destruktiv qrupların üzvü olublar, şübhəli saytlara daxil olurdular, qorxulu fimlər izləyirdilər. Bu, uşaqların informasiya meydançasındakı gigiyenasına az diqqətin yetirildiyini bir daha təsdiq edir”, – deyə o bildirib.

Məktəblilərin təhsil müəssisəsində onlara qarşı aqressiya olduğu üçün hücumu müzakirə etdiyi ehtimal edilsə də, bu məlumat öz təsdiqini tapmayıb.

Hüquq-mühafizə əməkdaşları hələ iyun ayında uşaqların dağıdıcı fəaliyyətinə diqqət yetiriblər, məktəb işçiləri məsələ ilə bağlı məlumatlandırılıb.

Qeyd edilir ki, artıq şagirdlər və onların valideynləri ilə prokurorluq nümayəndələri, məktəb işçiləri, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın üzvləri və sosial müdafiə əməkdaşları arasında görüş keçirilib.

Ombudsmenin fikrincə, məktəblilərin hücum fikri, çətin ki, ciddi olub. Bununla yanaşı, valideynlərdən biri öz valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirmədiyi üçün cərimələnib.

Xatırladaq ki, daha öncə Rusiya KİV-lərində 2 nəfər 6-cı sinif şagirdinin DİN əməkdaşları tərəfindən tutulmasına dair məlumat yayılıb. Onlar sosial şəbəkələrdə məktəbə silahlı hücum planlaşdırırdılar.