Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, 1 848 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, bu günə qədər isə ümumilikdə 885 279  test icra olunub.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların 93.34 faizi sağalıb. Yoluxanlardan 5.2 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların –  yəni  35 559 nəfərin 1.47 faizi (521 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.