
Türkiyədə Kamboca Krallığının səfirliyinin açılışı olub.
Az.shafaqna.com xəbər verir ki, Ankarada baş tutan açılış mərasiminə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu videokonfrans yolu ilə qatılıb.
Səfirliyin açılışında Kamboca Krallığı Baş nazirinin müavini, Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, səfir Sedat Önal, səfir Kim Henq Meas və çoxlu qonaqlar iştirak ediblər.
M.Çavuşoğlu açılış nitqində kambocalı həmkarı P.Sokhonn ilə görüşləri zamanı bir çox ikitərəfli regional və qlobal məsələlərin müzakirə edildiyini, protokol, əməkdaşlıq və ikiqat vergiyə qarşı sazişlər imzaladıqlarını və bu müqavilələrin ikitərəfli iqtisadi əlaqələrə töhfə verəcəyini vurğulayaraq deyib: “Türkiyə və Kambocadakı səfirliklərimiz ikitərəfli ticarətdə 1 milyard dollarlıq hədəfimizə çatmağımıza kömək edəcək. Səfirliklərimiz mədəni və humanitar əlaqələrimizi də yaxşılaşdıracaq və bir-birimizi daha yaxından tanımağa imkan verəcək”.






























