
Az.shafaqna.com AMN portalına istinadən xəbər verir ki, Rusiya Hərbi Kosmik Qüvvələri (HKQ) rusiyalı general-mayor Vyaçeslav Qladkixin Suriyada qətlə yetirilməsindən sonra bir sıra hava əməliyyatları həyata keçirib.
Zərbələrin Suriyanın mərkəzi hissəsində İŞİD terror təşkilatının mövqelərinə endirildiyi bildirilir. Bunadək isə HKQ terrorçuları Homs şəhərinin şərq hissəsindəki mövqelərinə zərbələr endirib və nəticədə İŞİD Deyr-əz-Zor yaxınlığındakı sığınacaqlarından məhrum olub.
Xatırladaq ki, Suriyada Rusiya və Suriya hərbçilərinin hərəkəti zamanı yol kənarına quraşdırılmış partlayıcı işə düşüb. Nəticədə rusiyalı general-mayor həlak olub, 2 rusiyalı hərbçi isə yaralanıb.






























