Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, matəm əlaməti olaraq Gürcüstan hökumətinin xaricdəki bütün səfirlikləri Gürcüstan bayraqlarını yarıya endirib.

Gürcüstan hökumətinin qərarı ilə 25 avqust 2020-ci il matən günü elan edilib. XİN yol nəqliyyat hadisəsi zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzi edir”, – deyə XİN-in bəyanatında deyilir.

Matəmin elan edilməsini fərmanını Gürcüstanın Baş naziri Giorqi Qaxariya imzalayıb.

Matəmlə əlaqədar həmçinin Gürcüstandakı bütün inzibati binalardakı dövlət bayraqları da yarıya endirilib.

Xatırladaq ki, bazar günü Şatili kəndinə gedən yolda içərisində turistlər olan mikroavtobus 80 metr yüksəklikdən aşıb. Qəza nəticəsində 17 nəfər dünyasını dəyişib, 3 nəfər isə ağır yaralanıb.