
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Suriyada Rusiya hərbi patrulu atəşə tutulub. Nəticədə 2 rusiyalı hərbçi yüngül kontuziya alıb.
Suriyadakl Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin məlumatına görə, insident 25 avqustda baş verib.
“(Rusiya) patrul(u) tankəleyhinə əl qumbaraatanından atəşə tutulub. Nəticədə Rusiya hərbi polisinin zirehli avtomobili (BTR) zədələnib. Həmçinin 2 rusiyalı hərbi qulluqçu yüngül kontuziya alıb”, – deyə bildirilib.
Hazırda rusiyalı hərbçilər bazaya geri dönüb. Xəsarət alanlara hadisə yerindəcə tibbi yardım göstərilib, onların sağlamlıq vəziyyəti qənaətbəxşdir.





























