Az.shafaqna.com “neftegaz”-a istinadən xəbər verir ki, İraq 2025-ci il üçün gündəlik neft hasilatını 7 milyon barelə qədər artıra biləcək.

Bunu ölkənin neft naziri İhsan Əbd əl-Cabbar deyib.

Nazirin tezisləri bunlardır:

– “Hazırda biz gündəlik 5 milyon barel neft hasil edə bilirik”;

– “Biz 2025-ci il üçün gündəlik neft hasilatını 7 milyon barel səviyyəsinə çatdıra bilərik”;

– “İraq hakimiyyəti hazırda neftdən başqa enerji mənbələri haqda da düşünməlidir, çünki 2030-cu il üçün ona olan tələbat azalacaq”;

– “2025-ci il üçün İraq təbii qaz idxalatından imtina edəcək”.

Nazir həmçinin, iqtisadi əməkdaşlığın müzakirəsi nöqteyi nəzərindən, İraq hökumət nümayəndə heyətinin ABŞ-a səfərini “olduqca yaxşı” qiymətləndirib.

Onun sözlərinə görə, lisenziya müqavilələri İraqa OPEK-də ikinci yeri qoruyub saxlamağa imkan verdi, lakin razılıqların müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var.

Bununla yanaşı, o qeyd edib, ABŞ-ın “Chevron” şirkəti ilə bağlanmış sazil İraqı yanacaq istehsalı üzrə lider edəcək.

Xatırladaq ki, daha öncə ABŞ və İraq arasında 8 milyard dollarlıq enerji müqavilələri imzalanıb.

Müəllif: A.Çijevskiy