
Az.shafaqna.com “Daily Star”-a istinadən xəbər verir ki, İndoneziyanın 12 yaşlı sakini, qohumları onun dəfninə hazırlaşarkən birdən dirilib.
Qeyd edilir ki, uşaq 18 avqustda xroniki diabetlə bağlı ağırlaşmaya görə xəstəxanaya yerləşdirilib. Eyni gündəcə həkimlər qızın öldüyünü təsdiq ediblər, onun qohumları isə cəsədi dəfnə hazırlamağa başlayıblar.
Şahidlərin sözlərinə görə, meyid qüslu zamanı “ölən” qız gözünü açıb, onun bədən temperaturu artıb, ürəyi isə yenidən döyünüb. Gələn həkimlərin səylərinə baxmayaraq, 12 yaşlı uşaq dirildikdən 1 saat sonra vəfat edib.

Bildirilir ki, bu, “Lazar sindromuna” görə baş vermiş ola bilər. Ürək tutmasından ölən insanlarda spontan şəkildə qan dövranı yenidən başlaya bilər və bunun nəticəsində də tənəffüs və ürək döyüntüləri bərpa olur.






























