Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2018-ci il oktyabr ayında ABŞ-lı protestant keşiş Endryu Bransonu azad etdiyinə görə yenidən Türkiyə rəhbərliyinə təşəkkür edib.

Prezidenti Ərdoğan olduqca pozitiv idi”, – deyə Tramp fərqli ölkələrdə məhkumluq yaşamış və ya əsir götürülmüş 6 ABŞ vətədaşı ilə Ağ Evdə keçirdiyi görüş zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi ümumilikdə 50-yə yaxın fərqli ölkələrdəki vətəndaşlarının azad edilməsinə nail olub.

Sözügedən görüşdə pastor Branson da iştirak edib. Xatırladaq ki, Branson 2018-ci ildə casusluq və Türkiyədəki 2016-cı il iyul çevrilişə cəhdində iştiraka görə İzmir məhkəməsi tərəfindən 3 il və 1,5 ay azadlıqdan məhrum edilmişdi.

Bununla belə, Trampın fikrincə, keşiş Branson “günahsız” idi.

Ərdoğanla bir sıra söhbətlərdən sonar razılıq əldə etdik. Biz buna görə ona minnətdarıq, biz bütün Türkiyə xalqına minnətdarıq. Başa düşdüyüm qədəri ilə, sən də minnətdarsan”, – deyə Tramp Bransona xitabən bildirib.

Branson isə cavab olaraq deyib ki, “Türkiyə xalqını sevir” və azadlığı üçün göstərdiyi töhfəyə görə ABŞ prezidentinə təşəkkür edib.