Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə parlamentinin sədri Mustafa Şentop Gürcüstan rəsmiləri ilə danışıqlar aparmaq üçün Tbilisiyə rəsmi səfər edib.

Gürcüstan paytaxtının hava limanında Türkiyə nümayəndə heyətini Gürcüstan parlamentinin vitse-spikeri Giorgi Volski və parlamentin Gürcüstan-Türkiyə dostluq qrupunun sədri Beka Odişariya qarşılayıb.

Türkiyə nümayənə heyətinin tərkibinə Türkiyə-Gürcüstan parlament dostluq qrupunun sədr müavini, AKP deputatı Əhməd Çolakoğlu, deputatlar Tülay Kaynarca, Yunus Emre və Hüseyn Ors daxildir.

Tbilisidə iki ölkə parlamentlərinin spikerlərinin görüşü planlaşdırılıb.

Türkiyə parlamentinin sədrini prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili də qəbul edəcək.