
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti rəsmi görüşlər keçirmək üçün Gürcüstanın paytaxtı Tbilisiyə gedib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Şentopun Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə təkbətək görüşü olacaq.
Daha sonra Şentop Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşəcək və Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edəcək.






























